IMG-LOGO

Mais Bərxudarovun sürücüsü qəzada öldü - YENİLƏNİB

18 Dec 2025 12:29 3 baxış
IMG
0 0

Salyanda ağır yol qəzası olub.

Lent.az unikal.az-a istinadla xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “VAZ” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.

Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.

Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

*** 09:06

Salyanda baş verən qəzada ölən və yaralanan var. Hadisə Salyan şəhərinin girişində baş verib. Avtomobillərin toqquşması nəticsində bir nəfər ölüb. Yaralılar xəstəxanaya yerləşdirlib. Hadisə yerinə FHN xilasedciləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır./ APA

Hadisələr

Xəbər lenti