"iOS"un yeni versiyası yayımlandıqdan sonra "iPhone" istifadəçiləri avtomatik yeniləmə funksiyasını bilmədən aktivləşdirməyə başlayıblar.
Lent.az bu barədə "MacRumors" nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, "iPhone" smartfonları üçün əməliyyat sistemində artıq bir neçə ildir avtomatik yeniləmə funksiyası mövcuddur. Belə ki, smartfon "Wi-Fi" şəbəkəsinə və şarj cihazına qoşulu olduqda yeniləməni istifadəçinin iştirakı olmadan yükləyib quraşdıra bilir. "iOS 16.2" versiyası çıxdıqdan sonra isə bir çox "iPhone" sahibinin bu funksiyanı təsadüfən aktivləşdirdiyi məlum olub.
Mütəxəssislərin sözlərinə görə, "iOS 16" yeniləməsi quraşdırıldıqdan sonra telefonun ekranında avtomatik yeniləmələri aktivləşdirməyi təklif edən bildiriş görünür. Bu bildirişi ötürmək mümkün deyil: istifadəçi ya "Davam et" düyməsini sıxaraq razılaşmalı, ya da yalnız yeniləmələrin quraşdırılmadan fon rejimində yüklənməsinə icazə verməlidir.
"iOS 16.2"nin buraxılışı qalmaqala səbəb olub. Bir çox istifadəçi "iOS"un yeni v
iphone ios