Ordubad rayonununda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib.
"Report"un yerli bürosu xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali abonentinin və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.
Hazırda bərpa işləri aparılır. İşlər yekunlaşan kimi ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan yoxdur.