BMT-nin baş katibi Antoniu Quterreş Venesuela Prezidenti Nikolas Maduro ilə telefonla danışıb.
"Report"un xəbərinə görə, bu barədə baş katibin Ofisi məlumat yayıb.
Qeyd olunur ki, onlar danışıq zamanı regionda artan gərginliyi müzakirə ediblər.
"Danışıq zamanı baş katib üzv dövlətlərin beynəlxalq hüquqa, xüsusən BMT Nizamnaməsinə riayət etmələrinin, təmkinli olmalarının və regional sabitliyi qorumaq üçün gərginliyi azaltmalarının vacibliyi barədə beynəlxalq təşkilatın mövqeyini bir daha təkrarlayıb", - bəyanatda deyilir.
Daha əvvəl BMT rəhbərinin rəsmi nümayəndəsi Fərhan Haq jurnalistlərə bildirib ki, Quterreş təmkinli olmağa və ABŞ ilə Venesuela arasında gərginliyin dərhal azaldılmasına çağırıb.