ABŞ Konqresinin Senatı Prezident Donald Tramp tərəfindən milyarder Cared Ayzekmanın NASA rəhbəri vəzifəsinə yenidən irəli sürülən namizədliyini təsdiqləyib.
"Report" xəbər verir ki, səsvermə ABŞ qanunverici orqanının yuxarı palatasında keçirilib və C-SPAN telekanalı tərəfindən yayımlanıb.
Ayzekmanın namizədliyini 67 senator dəstəkləyib, 30 senator isə əleyhinə səs verib. Bununla da namizədlik təsdiqlənib. Gözlənilir ki, yaxın vaxtlarda Cared Ayzekman NASA-nın yeni rəhbəri kimi and içəcək.
Mənbə: report.az