IMG-LOGO

Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb

17 Dec 2025 22:02 5 baxış
IMG

Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.

Belə ki, kənd sakini Məmmədov Məlik Qədir oğlu əkin sahəsində işləyərkən minaya düşüb.

O, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Xəbər lenti