Karyerası və şəxsi həyatı ilə tez-tez maqazin gündəmində yer alan tanınmış Azərbaycan əsilli aktrisa Nesrin Cavadzadə bu dəfə sosial şəbəkədə paylaşdığı fotolarla diqqət mərkəzinə düşüb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisanın pəncərə kənarında xalatla çəkdirdiyi fotolar qısa müddətdə böyük maraq doğurub.
"Instagram" hesabında paylaşdığı görüntülərdə fit görünüşü ilə seçilən Cavadzadə fotolarına “İlaçtır” qeydi əlavə edib.
Paylaşımlar izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Qeyd eək ki, “Al Yazmalım”, “Küçük Ağa”, “Bizim Hikaye”, “Aşk Tesadüfleri Sever 2”, “Yasak Elma” və “Sandık Kokusu” kimi layihələrdə rol alan Nesrin Cavadzadə həm uğurlu aktyorluq karyerası, həm də şəxsi həyatı ilə daim diqqət mərkəzindədir.
Aktrisa son olaraq “Sandık Kokusu” serialında birlikdə rol aldığı Pamir Pekinlə qısa müddətli münasibəti ilə gündəmə gəlmişdi.
Bu yaxınlarda 43 yaşını qeyd edən Cavadzadə ad gününü yaxın dostlarının iştirakı ilə keçirilən səmimi şam yeməyi ilə qeyd edib. Onun son paylaşımları isə sosial mediada maraqla qarşılanaraq maqazin gündəminin əsas mövzularından birinə çevrilib.
Nesrin Cavadzadə maqazin
