Krasnoyarsk diyarının Açinsk şəhərində itkin düşən 12 yaşlı uşağın meyiti tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşağın itkin düşməsi barədə məlumatı noyabrın 17-də anası verib. Onun sözlərinə görə, oğlu məktəbə gedib və bir daha geri qayıtmayıb.
Uşağın meyiti noyabrın 18-də Açinsk sərhədləri daxilində Mazulka çayında tapılıb. Onun üzərində bıçaq yarası aşkar ediblər.
Bildirilir ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə cinayət işi başlanıb.