IMG-LOGO

Ermənistan və Fransa 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıblar

17 Dec 2025 16:30 3 baxış
IMG

Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramını imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Onlarla tədbirin keçirilməsini nəzərdə tutan sənəd dekabrın 15-16-sı Parisdə keçirilən ikitərəfli strateji məsləhətləşmələrin nəticəsində imzalanıb. Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan başçılıq edib.

Məsləhətləşmələr zamanı L.Ayvazyan Fransa Müdafiə Nazirliyinin beynəlxalq əlaqələr və strategiya idarəsinin yeni təyin olunmuş rəhbəri Giyom Olanye ilə görüşüb.

Növbəti strateji məsləhətləşmələr İrəvanda keçiriləcək.

Xəbər lenti