IMG-LOGO

Salyanda yük maşını mikroavtobusla toqquşdu, 9 yaralı var

18 Nov 2023 18:48 174 baxış
IMG

Salyanda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı “ASAN xidmət”in əməkdaşları olduğu bildirilir.

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti