IMG-LOGO

Aparıcı nüvə alimini evində öldürdülər

17 Dec 2025 15:14 4 baxış
IMG
0 0

ABŞ-da termonüvə sintezi sahəsində aparıcı alim qətlə yetirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Massaçusets Texnologiya İnstitutunun (MIT) Plazma Fizikası və Termonüvə Sintezi Mərkəzinin direktoru Nuno Lureyro odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.

Alim bazar ertəsi, dekabrın 16-da Bruklindəki evində tapılıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qətl faktı üzrə cinayət işi açılıb, hazırda cinayəti törədən şəxsin axtarışı və motivlərin müəyyənləşdirilməsi aparılır.

Nuno Lureyro dünya elmi ictimaiyyətində tanınmış sima olub və idarə olunan termonüvə sintezi sahəsində potensial olaraq tükənməz və ekoloji cəhətdən təmiz enerji mənbəyi üzərində çalışan ABŞ-ın əsas elmi mərkəzlərindən birinə rəhbərlik edib. Onun ölümü elmi dairələrdə böyük sarsıntı yaradıb.

Hadisənin bütün təfərrüatları hazırda araşdırılır.

Hadisələr nüvə alimləri

Xəbər lenti