Sinə nahiyəsində qəfil yaranan ağrı və ya hətta danışıq zamanı hiss edilən yüngül nəfəs darlığı belə təhlükəli xəstəliklərin əlaməti ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sinə ağrısı insanların əksəriyyətinin çox vaxt məhəl qoymadığı geniş yayılmış bir əlamətdir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu siqnalın vaxtında aşkar edilməməsi və müalicə olunmaması real təhlükə yarada bilər.
Britaniyalı kardioloq Robert Kelli bildirir ki, sinə ağrısı çox vaxt gizli nəfəs darlığı kimi özünü göstərir. Bu əlaməti görməzlikdən gəlmək olmaz, çünki o, ciddi və təhlükəli bir xəstəliyin göstəricisi ola bilər.
“Əgər təpəyə qalxarkən, danışarkən və ya ən kiçik fiziki yüklənmə zamanı belə nəfəs darlığı yaranırsa, mütləq həkimə müraciət etməlisiniz”, - Kelli izah edib.
sinə ağrısı həkim