IMG-LOGO

Azərbaycan Bolqarıstana pambıq mahlıcı tədarük etməyə başlayıb

17 Dec 2025 13:25 4 baxış
IMG

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 141,3 milyon ABŞ dolları dəyərində 96 min 283 ton pambıq mahlıcı ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 10 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyəyə 133,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstərici ilə müqayisədə 0,1 % çox) 91 min 817 ton (+0,4 %), Türkmənistana 3,9 milyon ABŞ dolları dəyərində (-80 %) 1 min 988 ton (-80 %), Rusiyaya 1,9 milyon ABŞ dolları dəyərində (-38 %) 1 min 263 ton (-37 %), İrana 1,7 milyon ABŞ dolları dəyərində (-54 %) 1 min 112 ton (-58 %) və Bolqarıstana 138 min ABŞ dolları dəyərində 101,2 ton məhsul göndərib.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana tədarük həyata keçirilib.

Xəbər lenti