IMG-LOGO

Müəllimlərə güzəştli kartlar bu tarixdən veriləcək -İlk sırada Bakı var

17 Dec 2025 12:37 4 baxış
IMG
0 0

Yeni tədris ilindən il sonuna qədər  üəllimlərə güzəştli kartların (TəhsilPlus) təqdim olunması ilə bağlı məlumat verilmişdi. Lakin 2025-ci ilin çıxmasına 2 həftə qalmasına baxmayaraq, hələ də kartlar xəbər-ətər yoxdur.

Bəs görəsən, kartlar nə zaman paylanacaq? İlk növbədə onlar bütün müəllimləri əhatə edəcək, yoxsa hələ ki, Bakı şəhərində çalışanları?

Lent.az-ın sorğusuna Təhsilin İnkişafı Fondundan bildirildi ki, kartların yaxın aylarda Bakıya çatması gözlənilir:

"TəhsilPlus kartının əsas məqsədi təhsil işçilərinin sosial rifahının gücləndirilməsi və onların gündəlik həyatında real dəstək mexanizmlərinin yaradılmasıdır. Bildiyiniz kimi, mexaniki sazlama və texniki işlər kifayət qədər vaxt aparır. Bu mərhələlər artıq uğurla yekunlaşıb və kartlar sifariş olunub. Yaxın aylarda Bakıya çatması gözlənilir. Ümumilikdə 400 mindən çox təhsil işçisi var, bura tək müəllimlər deyil, eləcə də inzibati heyət daxildir. Kartlar hissəli olaraq təhsil işçilərinə paylanılacaq.

Kart istifadəçiləri müxtəlif kateqoriyalar üzrə: tibb, sağlamlıq, idman, kitab və ofis ləvazimatları, kafe və restoranlar həmçinin müxtəlif iaşə obyektlərində keşbek və endirim faizləri əldə edəcəklər.

İnanırıq ki, TəhsilPlus kartı təhsil işçilərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verən uzunmüddətli və dayanıqlı platformaya çevriləcək". 

Güzəştli kartlar TəhsilPlus TİF Təhsilin İnkişafı Fondu Müəllimlərə güzəştli kartlar

Xəbər lenti