IMG-LOGO

Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 1 % artırıb

17 Dec 2025 11:30 4 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyaya 1 milyard 78,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

"Report" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

11 ay ərzində qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 7,7 % artaraq 546,1 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 62,9 % artaraq 315,3 milyon ABŞ dolları olub.

Ötən 11 ayda Azərbaycan həmçinin Gürcüstana 306,1 milyon ABŞ dolları (21 % çox), Ukraynaya isə 190,2 milyon ABŞ dolları (82,4 % çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

11 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.

Xəbər lenti