IMG-LOGO

Azərbaycanın aqrar sektorundakı kommersiya təşkilatlarının sayı açıqlanıb

17 Dec 2025 11:49 4 baxış
IMG

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.

"Bunlardan 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıq subyektləridir. Kredit təşkilatlarının ümumi kredit portfelinin cəmi 1,8 %-i və yaxud 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəlib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir", - deyə o qeyd edib.

M.Musayevin sözlərinə görə, kənd təsərrüfatı iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, eyni zamanda sosial sabitliyin və milli təhlükəsizliyin əsas dayaqlarından biridir: "Azərbaycanda məşğul əhalinin təxminən 35 %-i birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 %-ə yaxınlaşır. Xüsusilə qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib".

Xəbər lenti