IMG-LOGO

"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür

17 Dec 2025 11:01 4 baxış
IMG

ABŞ-nin və dünyanın aparıcı elektron ticarət platforması "Amazon" şirkətinin törəməsi - "Amazon Web Services" (AWS) Azərbaycanla birgə işləmək üçün böyük potensial görür.

"Report" xəbər verir ki, bunu şirkətin Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə ölkə meneceri İnna Ozhogina bildirib.

"Digər ölkələrdəki təcrübəmə əsasən, burada biznes üçün "bulud" xidmətlərinin yarada biləcəyi imkan və üstünlüklərin yüksək səviyyədə başa düşüldüyünü, bu bazarın kifayət qədər yetkin olduğunu müşahidə edirəm. Biz böyük "Amazon" ailəsinin bir hissəsiyik və dünya üzrə aparıcı hiperskalerlərdən biriyik. Dünyada mövcud olan bütün növ bizneslər üçün geniş çeşiddə "bulud" xidmətləri təqdim edirik. "Amazon" ailəsi çərçivəsində "Kuipe"r adlı aşağı orbitli peyklərimiz var. Bu, müxtəlif ölkələrə təqdim etdiyimiz xidmətdir. Hazırda bu xidmət Azərbaycanda mövcud deyil, amma ümid edirəm ki, yaxın gələcəkdə əlçatan olacaq. Yəni, təklif edə biləcəyimiz və təcrübə paylaşa biləcəyimiz çoxsaylı xidmətlərimiz var", - deyə o qeyd edib.

Xəbər lenti