Türkiyənin illərdi unudulmayan serialı “Yaprak Dökümü” ilə tanınan aktyor Tolga Karel hazırda keçmiş həyat yoldaşı azərbaycanlı model Günay Musayeva ilə yaşadığı polemikalarla yenə gündəmdədir.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karel, Musayevanın onun haqqında verdiyi açıqlamalara çox sərt sözlərlə cavab verib.
Əvvəlcə ondan başlayaq ki, 2005–2010-cu illər arasında Kanal D ekranlarında yayımlanan “Yaprak Dökümü” serialında canlandırdığı “Oğuz” obrazı ilə tanınan Tolga Karel 2016-cı ildə gözlənilməz qərarla aktyorluğu tərk etmiş və ABŞ-a köçmüşdü. 2018-ci ildən etibarən TIR sürücülüyü etməyə başlayan Karel, karyerasında köklü dəyişiklik edib.
Azərbaycanlı model Günay Musayeva ilə ilk evliliyindən Cihangir adlı bir oğlu olan Karel hazırda keçmiş həyat yoldaşı ilə yaşadığı polemika səbəbilə maqazin gündəmindən düşmür.
“ƏLAQƏ QURA BİLMİRƏM”
Musayeva qatıldığı bir proqramda Karel ilə əlaqə saxlamağa çalışmasına baxmayaraq ona tapa bilmədiyini və Cihangirin atasının öldüyünü zənn etdiyini açıqlamışdı.
Cihangirin xəstələndiyi zaman ən böyük arzusunun Disneylanda getmək olduğunu deyən Musayeva, Tolga Kareldən cavab ala bilmədiyi üçün onu xaricə çıxara bilmədiyini və bu səbəbdən arzusunu reallaşdırmadığını deyib.
“5 İLDİR ARZUSUDUR”
Məşhur model proqramda keçmiş həyat yoldaşı ilə bağlı belə deyib:
“Cihangir xəstələndi, sağlamlıq problemləri yarandı. Bunun üçün İngiltərədə önəmli bir həkimdən qəbul aldım. Atasına yazdım ki, sağlamlıq məsələləri üçün xahiş edirəm icazə sənədini göndər. Təxminən 5 ildir arzusu Disneylanda getməkdir. Bunu da izah etdim. Mesaj yazdı, səsli mesaj göndərdi. Bəlkə ad günündə insafa gələr dedim. Fikirləşdim ki, uşağın səsini dinləyər, bəlkə nəsə dəyişər. Göndərmədi. Yenə cavab ala bilmədik. Ondan heç vaxt maddi və ya mənəvi gözləntimiz olmayıb. Biz artıq bu mövzuları aşmışıq. Cihangir ilə qəbul etdik. İndi 4 uşağının olduğunu göstərir. 5-ci uşağını gözdən çıxarıb.”
İLDIRIM SÜRƏTİ İLƏ AÇIQLAMA
Musayevanın bu sözlərindən sonra Tolga Kareldən cavab gecikməyib. Karel Instagram hesabında mövzu ilə bağlı yeni paylaşım edib.
“ÜZR İSTƏMƏLƏRİNİ GÖZLƏYİRƏM”
Karel paylaşımında belə yazıb:
“Məni heç tanımayan, yalnız o qadının yalanları və iftiraları üzündən digər 4 uşağımın varlığını və həyatlarını yox sayıb təkcə 1 uşağım üzərindən mənə, ailəmə və şəxsiyyətimə şərh yazanların, digər uşaqlarımın namusu və şərəfi naminə məndən ciddi şəkildə üzr istəməsini gözləyirəm. Əks halda ölümlü dünyada heç birinə qul haqqımı halal etmirəm!”
Tolga Karel Günay Musayeva Yaprak Dökümü maqazin xəbərləri Türkiyə şou-biznesi məşhurlar ailə qalmaqalı sosial media açıqlaması

