Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VII tura yekun vurulacaq.
"Report"un məlumatına görə, saat 16:00-da "Murov Az Terminal" "Neftçi" ilə qarşılaşacaq.
"Xilasedici" – "Ordu" görüşü isə saat 18:00-da start götürəcək.
Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.