IMG-LOGO

Vaşinqtonda Marko Rubio və Qətərin Baş naziri arasında görüş keçiriləcək

17 Dec 2025 10:03 5 baxış
IMG

ABŞ-nin dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda Qətərin Baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Bildirilib ki, Dövlət Departamentində baş tutacaq danışıqların gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, tərəflər sonuncu dəfə sentyabrın 16-da Dohada görüşüblər.

Xəbər lenti