Oğlum, gəlinim və nəvələrimlə illər sonra öz torpaqlarımıza qayıdırıq.
"Report" xəbər verir ki, bunu Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edən şəhid Əlvan Ağayevin həyat yoldaşı Nabat İsgəndərova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, doğma torpaqlara böyük sevinc hissi ilə qayıdır:
"Oğlum, gəlinim və nəvələrimlə qayıdıram. Bu gün özümlə böyük bir sevinci aparıram. O vaxtı oradan çıxanda oğlumu qucağımda gətirmişdim, bu gün isə onun ailəsi ilə doğma yurda qayıdıram".