IMG-LOGO

Azərbaycanın U-20 millisinin Qəbələdə və Bakıda təlim-məşq toplanışı olacaq

08 Nov 2026 16:27 2 baxış
IMG

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 9-dan 15-dək Qəbələdə, ayın 16-dan 21-dək isə Bakıda təlim-məşq toplanışı keçəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-20 hazırlıq çərçivəsində yoldaşlıq matçları keçirəcək.

Rəqiblər hələlik məlum deyil.

Millinin heyətinə dəvət alan futbolçuların siyahısı:

NR. AD / SOYAD KLUB 1 Həbib Hüşənov Qəbələ İK 2 Aftandil Arıxov Sumqayıt FK 3 Elbrus Kərimov MOİK 4 Uğur Qurbanlı Qarabağ FK 5 Rəvan Feyziyev Qəbələ İK 6 Murad Qurbanov Zirə PFK 7 Həzrət Səmədov Sabah FK 8 Rəşad Alışov Qarabağ FK 9 Vüsal Paşayev Sumqayıt FK 10 Əhməd Tarverdiyev Sabah FK 11 Nadir Orucov Sumqayıt FK 12 İslam Həsənov Grafiçar (Serbiya) 13 Raul Süleymanov Herta (Almaniya) 14 Pünhan Qasımzadə Neftçi PFK 15 Hikmət Cəbrayılzadə Qarabağ FK 16 Anar Hüseynov Sabah FK 17 İbrahim Babayev Barselona (İspaniya) 18 Eltun Babazadə Şəfa FK 19 Əli Bəşirov Qarabağ FK 20 Ziya Şəkərxanov Qəbələ İK 21 Şahin İbrahimov Sabah FK 22 Şahnur İsmayılov Kəpəz PFK 23 Nicat Nərimanov Brommapoykarna (İsveç) 24 Nihad Orucəli Sumqayıt FK

Mənbə: report.az

Xəbər lenti