IMG-LOGO

44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idi - İlham Əliyev

08 Nov 2026 16:18 3 baxış
IMG
0 0

44 gün ərzində siz əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.

Dövlət başçısının sözlərinə görə, müharibənin ilk saatlarında Türkiyə Prezidentinin verdiyi bəyanat və telefon söhbəti bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır: “Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Və tarixi sözləriniz ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır, heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə biz də şəxsən və qardaş türk xalqına minnətdarıq”.

Zəfər Günü Prezident İlham Əliyev

Mənbə: lent.az

Xəbər lenti