Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.
"Report"un Qarabağa ezam olunan müxbirinin verdiyi xəbərə əsasən, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar.
Mənbə: report.az