Türkiyənin Hatay vilayətinin Hassa rayonunda 4 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 7,41 km dərinlikdə qeydə alınıb.
Dağıntılar barədə məlumat verilməyib.