IMG-LOGO

İstanbulda zəncirvari qəza baş verib, xəsarət alanlar var

17 Dec 2025 05:27 7 baxış
IMG

Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda yeddi avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Report"un "Haber Global"a istinadən məlumatına görə, hadisə Taşdelen tunelində qeydə alınıb.

Belə ki, tuneldə ilk olaraq iki avtomobil toqquşub, arxadan gələn 5 avtomobil isə qəza törətmiş nəqliyyat vasitələrinə çırpılıb.

Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb.

Qəza səbəbindən tuneldə tıxac yaranıb.

Xəbər lenti