IMG-LOGO

Naxçıvanda FHN-in yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

16 Dec 2025 18:56 6 baxış
IMG

Naxçıvanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şahin Mirzəyev peşə bayramı münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir Fövqəladə Hallar Nazirliyinin ötən 20 ildə həyata keçirdiyi tədbirlərdən, qazandığı uğurlar barədə məlumat verərək, ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib.

Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkəmizin fövqəladə hallarla mübarizədə daha sistemli və effektiv yanaşma tətbiq etməsinə imkan yaradıb.

Tədbirdə xidmətdə fərqlənən bir qrup əməkdaşa təltiflər təqdim edilib.

Sonda Fövqəladə Hallar Nazirliyinin keçdiyi inkişaf yolundan bəhs edən videomateriala baxış keçirilib.

Xəbər lenti