Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-1 (19,5 %) ilkin, 264 170-i (80,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,6 % çox və 5,6 % azdır.
Hesabat ərzində fərdi yaşayış və bağ evi üzərində – 64 366, mənzil – 85 424, torpaq sahəsi – 166.494, qeyri-yaşayış binası – 2 832, qeyri-yaşayış sahəsi – 8 172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 7,8 % azalaraq 235 713, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 15,8 % azalaraq 56 948 olub.