IMG-LOGO

Avropa aviaşirkətinə məxsus təyyarə 35 ildə ilk dəfə Bağdada eniş edib

16 Dec 2025 17:50 5 baxış
IMG

İraq Nəqliyyat Nazirliyi Yunanıstanın "Aegean Airlines" aviaşirkətinə məxsus təyyarənin 35 ildə ilk dəfə Bağdad Beynəlxalq Hava Limanına eniş etdiyini bəyan edib.

Bu barədə "Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Nazirliyin məlumatına görə, Bağdad–Afina–Bağdad marşrutunda həftədə iki reys həyata keçiriləcək və tələbatdan asılı olaraq reyslərin sayının artması mümkündür.

Nazirlik həmçinin qeyd edib ki, bu eniş "İraqın Avropa aviasiya xəritəsinə qayıdışı"nın əlamətidir və "İraq aviasiya sektorunun bərpasında yeni mərhələnin" başlanğıcını qoyub.

Bu ilin əvvəlində yunan aviaşirkəti Ərbilə uçuşları başladıb.

Xatırladaq ki, Avropa aviaşirkətləri 1990-cı illərin əvvəllindən, İraqın keçmiş prezidenti Səddam Hüseynin qonşu Küveytə müdaxiləsindən bəri təhlükəsizlik səbəbləri ilə Bağdad beynəlxalq hava limanına birbaşa uçuşlar həyata keçirmirdilər.

Xəbər lenti