"Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisinin Maliyyələşdirmə Sazişi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Nazirlər Kabineti məlumat verib.
Saziş "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolu birgə layihə şirkəti və Çin İnkişaf Dövlət Bankı və Eksimbankın daxil olduğu Çin bankları birliyi arasında bağlanıb.
"Dəmir yolu layihəsinin ümumi dəyəri 4,7 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğin yarısı, təxminən 2,3 milyard dolları üç ölkə tərəfindən təsis edilmiş birgə layihə şirkətinə Çin tərəfindən 35 illik kredit şəklində təqdim ediləcək. Bu məbləğ bilavasitə layihə şirkəti tərəfindən qaytarılacaq. Qalan 2,3 milyard dollar üç dövlət tərəfindən birgə layihə şirkətinin nizamnamə kapitalına qeyd edilmiş faiz nisbətində qoyulacaq: Çin - 51%, Qırğızıstan və Özbəkistan - hər biri 24,5%", - məlumatda deyilib.
Layihə çərçivəsində ümumi uzunluğu 120 km olan 50 körpü və 29 tunel inşa edilməsi nəzərdə tutulur, bu da bütün yolun təxminən 40%-ni təşkil edir. Qırğızıstan ərazisində dəmir yolunun uzunluğu 304 km olacaq.
Tikintinin rəsmi başlanğıcı 2024-cü ilin dekabrın 27-si Qırğızıstan Prezidenti Sadır Japarov, Çin sədri Si Cinpin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilib.