IMG-LOGO

Ukraynalı politoloq: İndi sülh razılaşması əldə olunmayacaq

16 Dec 2025 16:51 6 baxış
IMG

Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya ilə münaqişənin sülh yolu ilə həllində Ukrayna tərəfi ilə danışıqlarda çox ciddi irəliləyişlər əldə olunduğu barədə nikbin bəyanatlarına baxmayaraq, əsas məsələ, ərazi məsələsi, hələ də həll olunmamış qalır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynadan olan politoloq Maksim Yali bildirib.

Onun fikrincə, bu, əslində, o deməkdir ki, ən azından bu görüşlərin nəticəsi olaraq sülh razılaşmasının əldə olunması mümkün olmayacaq:

"ABŞ tərəfinin hazırkı mərhələdə bizə vəd etdiyi hər şey, Ukrayna üçün qəbulolunmaz olan Budapeşt Memorandumunun dəyişdirilmiş formasından başqa bir şey deyil. Sülh razılaşmalarına nail olmaq mümkün olmayacaq. Beləliklə, qarşıda hələ bir neçə danışıqlar raundunu gözləmək lazımdır".

Xəbər lenti