IMG-LOGO

Rusiyada 5,0 maqnitudalı zəlzələ qeydə alınıb

16 Dec 2025 14:49 5 baxış
IMG

Rusiyanın Kamçatka diyarında 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının teleqram kanalında bildirilib.

Məlumata görə, seysmik hadisə Petropavlovsk-Kamçatskidən 218 km məsafədə baş verib.

Zəlzələnin episentrinin dərinliyi 58,3 km olub.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Xəbər lenti