Xocalının Seyidbəyli kəndinə dönən Elçin Məmişov doğma yurda övladları ilə qayıtdığını deyib.
O, "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında bildirib ki, uzun müddətdən sonra doğma yurda qayıtdıqları üçün sevinclidirlər:
"Çox sevinirəm ki, bu gün doğma torpaqlarımıza qayıdırıq. Kəndimiz işğal olunanda 21 yaşım vardı. Amma bu gün ailəm, uşaqlarım, nəvəmlə geri dönürəm. Bütün köçkünlərə tezliklə bu sevinci yaşamağı arzulayıram".