IMG-LOGO

Xocalının Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə daha 10 ailə yola salınıb

16 Dec 2025 12:32 3 baxış
IMG

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinin hər birinə ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər) köçürülür.

Qeyd olunan kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu köçlə Təzəbinəyə qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər), Seyidbəyliyə köçürülən ailələrin sayı isə 48-ə (168 nəfər) çatacaq.

Xəbər lenti