IMG-LOGO

Zaqatala şəhərində yırtıcı heyvanlar evlərə hücum etdi - VİDEO

16 Dec 2025 11:07 6 baxış
IMG
0 0

Zaqatala şəhərində yırtıcı heyvanlar evlərə hücum edir. 

Yerli sakinlərin Lent.az-a bildirdiyinə görə, son vaxtlar tülkülər şəhər ərazisindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrinə soxularaq toyuq-cücəni yeyir. 

Sakinlərin sözlərinə görə, əvvəllər tülkülər gecə saatlarında həyətlərə soxulurdusa, indi artıq gündüz vaxtı gəlirlər.

Sakinlər həmçinin tülkülərin görüntüsünü də saytımıza təqdim edib.

Yaşayış evlərinin yaxınlığında vəhşi heyvanların görünməsi burada yaşayan ailələrin, xüsusilə də uşaqlar üçün təhlükə yarada biləcəyindən yerli əhali arasında ciddi narahatçılıq doğurur.

Yerli sakinlər aidiyyəti qurumlardan məsələyə vaxtında müdaxilə edilməsini və yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunmasını istəyirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, vəhşi heyvanların yaşayış məntəqələrinə daxil olması halları müşahidə edildikdə vətəndaşlar dərhal qurumun qaynar xəttinə müraciət etməlidirlər.

Nazirlikdən qeyd olunub ki, daxil olan məlumatlar əsasında əraziyə baxış keçiriləcək, təhlükə yaradan heyvanlar tutularaq təbii yaşayış mühitinə qaytarılacaq.

Sizin brauzer video tagını dəstəkləmir. Zaqatala xəbərləri zaqatala news

Xəbər lenti