IMG-LOGO

Qubada 80 gün əvvəl qəza törədən sürücü öldü

16 Dec 2025 11:32 51 baxış
IMG
0 0

Qubada 80 gün əvvəl qəzaya düşən sürücü ölüb.

Lent.az xəbər verir ki, hadisə sentyabrın 26-da Ağbil kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini Ceyhun Ələnməd oğlu Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini 24 yaşlı Asim Asəf oğlu Qafarov xəstəxanaya yerləşdiriliblər.

Görülən tədbirlərə baxmayaraq, C. Yusifov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Xəbər lenti