Tovuzda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Aşırallar kəndi ərazisində qeydə alınıb.
Həsənov Mürvət Azad oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” minik markalı avtomobil kənd ərazisində aşıb. Nəticədə sürücü hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi açılıb.
Hadisələr