IMG-LOGO

Cəlilabadın iki kəndində canavarlar hücüm etdi, qoyunlar tələf oldu

15 Dec 2025 22:36 9 baxış
IMG
0 0

Cəlilabadın iki kəndində canavar hücumları qeydə alınıb.

Lent.az xəbər verir ki, Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edir. Son bir həftə ərzində baş verən hücumlar nəticəsində 8 baş qoyun yaralanıb, onlardan 3–4-ü tələf olub. Sakinlər, xüsusilə uşaqların təhlükəsizliyindən narahat olduqlarını bildirirlər.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və yaxın günlərdə müvafiq tədbirlərin görülməsi planlaşdırılır.

Cəlilabad canavar

Xəbər lenti