IMG-LOGO

Qaxda maşın aşdı, xəsarət alanlar var-YENİLƏNİB

15 Dec 2025 20:59 8 baxış
IMG
0 0

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Lent.az xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. 

Yaralılara qarının küt travması, sol bud-çanaq sümüyünün sınığı, daxili qanaxma diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs cərrahi əməliyyata qəbul olunub. 

1994-cü il və 2003-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

*** 20:46

Qaxda minik avtomobili aşıb, xəsarət alanlar var.

Lent.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yevlax–Zaqatala–Gürcüstan sərhəd magistral yolunun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Qax rayonunun İbaxlı kənd sakinləri - 34 yaşlı Əfqan Məmmədov və 32 yaşlı Seymur Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Əfqan Məmmədov əməliyyat olunduqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

qax qəza

Xəbər lenti