Balakəndə yol qəzası baş verib.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində rayonun Talalar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alıb.
Yaralılar Balakən rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisələr