IMG-LOGO

Səfir: Azərbaycan, Türkiyə və Qazaxıstan Slovakiyada türk mədəni irsi və dilini təşviq edəcək

15 Dec 2025 17:38 3 baxış
IMG

Azərbaycan, Türkiyə və Qazaxıstan Slovakiyada türk mədəni irsinin təşviqi üçün mümkün birgə təşəbbüsləri müzakirə edib.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"15 dekabr - Dünya Türk Dili Ailəsi Günüdür. Türkiyəli və qazaxıstanlı həmkarlarımızla birgə Azərbaycanın Bratislavadakı səfirliyində bu əlamətdar tarixi qeyd etdik. Görüş zamanı, həmçinin Slovakiyada türk dili ailəsi və mədəni irsinin təşviqi üzrə gələcək birgə təşəbbüslər müzakirə edilib", - paylaşımda qeyd edilib.

Xəbər lenti