IMG-LOGO

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

15 Dec 2025 17:48 3 baxış
IMG

Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xəzri yaşayış massivində yerləşən fərdi evlərin birində baş verib.

2006-cı il təvəllüdlü Hüseynova Züleyxa Niyaz qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti