IMG-LOGO

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb

15 Dec 2025 15:39 5 baxış
IMG

Ağdam rayonunda velosiped sürərkən yıxılan 9 yaşlı uşaq aldığı xəsarətlərdən ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Alıbəyli kənd sakini, 2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyn Rüfət oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb.

Başı daşa dəyən H.Baxşəliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti