Azərbaycan Basketbol Liqasının VII turundan təxirə salınmış "Şəki" - "Neftçi" oyununun vaxtı bəlli olub.
Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Qarşılaşma dekabrın 17-də Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.