IMG-LOGO

Leysan və qar XƏBƏRDARLIĞI

15 Dec 2025 13:20 10 baxış
IMG
0 0

Azərbaycanın rayonlarında dekabrın 16-dan 17-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması gözlənilir.

Çaylarda, xüsusən də Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi ərazisindən axan bəzi çaylarda sululuğun artacağı ehtimal olunur.

Hava proqnozu

Xəbər lenti