Məşhur Hollivud ulduzu Tom Kruz və Doq Liman tərəfindən hazırlanan və kosmosda çəkiləcək ilk film olması planlaşdırılan layihə dayandırılıb.
Lent.az xəbər verir ki, iddialara görə Kruzun kosmosda çəkiliş və kosmosa gəzintini əhatə edən layihəsi NASA ilə tamamlanmalı olan rəsmi icazə prosesi səbəbilə dayandırılıb. Bildirilir ki, Kruz siyasi səbəblərdən ABŞ prezidenti Donald Trampdan dəstək almayıb.
"Sabahın Kənarları" filmi kosmosda çəkiləcək ilk film kimi tarixə düşməyi hədəfləyirdi. Kruzun Beynəlxalq Kosmik Stansiyasında (BKS) şəxsən çəkiliş aparması və hətta kosmosa gəzinti etməsi planlaşdırılırdı.
Layihə ilk dəfə ictimaiyyətə 2020-ci ildə elan edilib və NASA rəsmisi Kruzun Beynəlxalq Kosmik Stansiyada çəkiliş aparacağını təsdiqləyib. Lakin, layihə ilə bağlı 2022-ci ilə qədər heç bir konkret irəliləyiş əldə olunmayıb.
Tom kruz NASA