IMG-LOGO

Çilidə mühafizəkar Kast prezident seçkilərinin ikinci turunda öndədir

15.12.2025 07:40 5 baxış
IMG

Müxalif mühafizəkar siyasətçi Xose Antonio Kast Çilidə prezident seçkilərinin ikinci turunda öndədir.

"Report" xəbər verir ki, bunu ölkənin Seçki Xidmətinin məntəqələrin 83,43 %-nin səslərinin hesablanmasından sonra dərc etdiyi nəticələr göstərir.

Nəticələrə əsasən seçicilərin 58,61 %-i Kasta səs verib. Onun rəqibi, hakim "Çili üçün birlik" sol-mərkəz koalisiyasını təmsil edən Janett Xaruya seçicilərin 41,39 % səs verib.

Sonuncu öz növbəsində rəqibini ikinci turda qələbə münasibətilə təbrik edibr.

"Mən indicə yeni seçilmiş prezident Xose Antonio Kastla danışıb ona Çilinin rifahı naminə uğurlar arzulayıram", - o, "X"də yazıb.

Kast hökumətin iqtisadiyyata müdaxiləsinin azaldılmasını, cinayətkarlıq və qanunsuz miqrasiya ilə mübarizədə daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır. O, korporativ vergiləri azaltmağı, dövlət xərclərini azaltmağı və Boliviya ilə sərhəd boyunca hasarlar qurmağı vəd edir.

Xəbər lenti