IMG-LOGO

Gürcüstanın Baş naziri Sidneydəki terror aktını pisləyib

15.12.2025 06:47 3 baxış
IMG

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sidneydə yəhudi icmasının üzvlərini hədəf alan terror hücumunu qətiyyətlə pislədiyini bildirib.

"Report"un yerli bürosunun xəbərinə görə, Baş nazir qeyd edib ki, Hanukka bayramını qeyd etmək üçün toplaşan yəhudi icmasına qarşı yönəlmiş bu hücum qəbuledilməzdir və ortaq dəyərləri sarsıdır.

"Gürcüstan Sidneydə Hanukka bayramını qeyd etmək üçün toplaşan yəhudi icmasının üzvlərini hədəf alan antisemit terror hücumunu qətiyyətlə pisləyir", - İ.Kobaxidze qeyd edib.

Baş nazir qurbanların ailələrinə və xəsarət alanlara dərin hüznlə başsağlığı verib, Avstraliya xalqı və hökuməti ilə həmrəy olduqlarını ifadə edib.

Xəbər lenti