IMG-LOGO

Finlandiyada Rusiya sərhəd olan bir sıra ölkələrin müdafiə qabiliyyətləri müzakirə olunacaq

15.12.2025 03:34 3 baxış
IMG

Gələn həftə Rusiyaya ən yaxın olan bir qrup Avropa ölkəsi müdafiəni gücləndirmək üçün konkret tədbirlər üzərində işə başlayacaq.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo bildirib.

"Şərq cinahı" sammiti dekabrın 16-da Helsinkidə keçiriləcək. Sammitdə İsveç, Polşa, Estoniya, Latviya, Litva, Rumıniya və Bolqarıstan liderləri iştirak edəcəklər. Orponun sözlərinə görə, sammit müdafiənin möhkəmləndirilməsində əməkdaşlığın əlaqələndirilməsinə yönəlib. "Rusiya bu gün, sabah və uzunmüddətli perspektivdə təhlükə yaradır. Ən böyük təzyiq Avropanın şərq kənarlarına olur", - siyasətçi deyib.

Onun sözlərinə görə, liderlər Brüsselə aydın siqnal göndərmək və müdafiə layihələrinin maliyyələşdirilməsini təmin etmək niyyətindədirlər.

Xəbər lenti