Moskvanın Saratovskaya küçəsində 15 yaşlı yeniyetmə yaşayış binasının 12-ci mərtəbəsindən yıxılıb.
Lent.az Rusiya teleqram kanallarına istinadla bildirir ki, oğlan park edilmiş “Peugeot”un damına düşüb və sağ qalıb. O, xəsarət və sınıqlarla xəstəxanaya aparılıb.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Mənbə: lent.az